Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi üzvlərlə növbəti görüşlər keçirdi

23 dekabr 2014 | 11:00
    2014-cü ilin dekabr ayının 22-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Samir Hüseynov və Rəyasət Heyətinin üzvü - Rayon İcra Hakimiyyətinin əməkdaşı İlqam Əskərov ilk həmkarlar ittifaqı təşkilatlarının üzvləri ilə iş yerlərində görüşlər keçirmişlər. Görüşlər zamanı üzvlərin iş şəraiti ilə tanış olunmuş, söhbətlər aparılmış, yeni il qabağı onları narahat edən məsələlər, arzu və istəkləri dinlənilərək müvafiq qeydlər edilmişdir.
     S.Hüseynov qarşıdan gələn Yeni il və “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, həmçinin Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin sədri Hikmət Osmanovun təbriklərini çatdıraraq, onlara işlərində, ailə həyatlarında müvəfəqiyyətlər, uzun ömür və can sağlığı arzu etmişdir. Bayram günlərində uşaqların istirahətinin maraqlı və əyləncəli təşkili məqsədilə onlara “Yeni İl” şənlikləri üçün biletlər paylanılmışdır.
   Sonda ilk həmkarlar ittifaqı təşkilatlarının üzvləri göstərilən qayğı və diqqətə görə Pirallahı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər