Pirallahı rayon Ağsaqqallar Şurası təsis olundu
09 yanvar 2015 | 11:00
2015-ci il yanvarın 9-da Pirallahı rayon Ağsaqqallar Şurasının təsis konfransı keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, rayonun ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Pirallahı RİH başçısının müavini Vəzir Səfixanov tədbiri acıq elan edərək Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun salamlarını Konfrans iştirakçılarına çatdırdı və bildirdi ki, Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri vardır. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Dara düşəndə, ailə quranda, mübahisəli məsələlərin həllində ağsaqqal sözü həmişə keçərli olub. Ağsaqqallar el-obaya müdriklik təlqin edib, gənclərə xeyir-dua və məsləhətlər veriblər, düzgün yol göstəriblər. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrini qoruyur, onu gənc nəslə ötürürlər.
Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olublar, insanlara ən doğru yolu göstəriblər. 1993-cü ilin təlatümlü günlərində ümummilli lider Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin böyük əksəriyyəti də məhz ağsaqqallar idilər.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Məhz Heydər Əliyevin sayəsində ağsaqqalların ölkəninin ictimai-siyasi həyatında fəal iştirakı təmin edildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ağsaqqallara böyük ehtiramla yanaşırdı. Ulu öndər həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən şərəfli, fəxarətli üzvləri kimi qəbul edirdi.
Hazırda bu gözəl ənənə layiqincə yaşadılır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vaxtilə ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını davam etdirir. Ölkə başçısı respublikamızın regionlarına, şəhər və qəsəbələrinə səfərləri zamanı mütəmadi olaraq ahıl vətəndaşlarla, ağsaqqal və ağbirçəklərlə görüşür, onların arzu və istəkləri ilə maraqlanır, təklifləri ilə əlaqədar yerli icra orqanlarına lazımi göstərişlər verir.
Ağsaqqallarımız da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını daim diqqətə çatdırırlar və vurğulayırlar ki, bütün xalqımız kimi, onlar da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqlar.
Bu gün ağsaqqallarımızın əsas vəzifəsi müasir gəncliyimizi milli vətənpərvərlik ruhunda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdir, deyən V.Səfixanov əmin olduğunu bildirmişdir ki, Azərbaycan ağsaqqalları, o cümlədən Pirallahı ağsaqqalları, keçmişdə olduğu kimi, indinin özündə və gələcəkdə də öz müqəddəs missiyalarını xalqımızın adına layiq şəkildə həyata keçirəcək, Azərbaycan cəmiyyətinin mənəvi saflığının qorunub saxlanılmasına, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcəklər.
Tədbirdə çıxış edən neft sənayesinin veteranı Səməd Əhmədov ağsaqqalların cəmiyyətdəki rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışmış, respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da Ağsaqqallar Şurasının yerli təşkilatının təsis edilməsinin vacibliyini bildirmişdir.
Pirallahı ağsaqqallarından Yaqub Hüseynov, Fazil Məhəmmədov, Süleyman Süleymanov və digərləri son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlət başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını vurğulamışlar. Qeyd edilmişdir ki, bu gün Azərbaycanda ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. Xüsusən gənc nəslin tərbiyəsində onların rolu yüksək qiymətləndirilir. Bildirilmişdir ki, Azərbaycan ağsaqqalları ölkəmizin dinamik inkişafını təmin edən, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran İlham Əliyevin siyasətini dəstəkləyir və cəmiyyətimizin bütün üzvlərini Dövlət Başçısının ətrafında sıx birləşməyə çağırırlar.
Təsis konfransında Pirallahı rayon Ağsaqqallar Şurasının 13 nəfərdən ibarət idarə heyəti seçilmişdir. Daha sonra ümumi səsvermə yolu ilə Fazil Məhəmmədov təşkilatın sədri seçildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Pirallahı ağsaqqallarının müraciəti qəbul olundu.

Pirallahı rayon ağsaqqallarının
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
MÜRACİƏTİ
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan ümummilli liderimiz Heydər Əliyevin parlaq siyasi zəkası, əyilməz iradəsi və elmi ideyaları əsasında qurulmuş, iki əsrin və iki minilliyin qovuşuğunda öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuş müasir Azərbaycan dövləti Sizin düşünülmüş, məqsədyönlü, uğurlu daxili və xarici siyasətiniz sayəsində yeni dövrün tələblərinə uyğun zənginləşdirilərək, bütün sahələr üzrə inkişaf etmiş və beynəlxalq aləmdə qabaqcıl ölkələrdən birinə, Qafqaz regionunun lider dövlətinə çevirmişdir.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi və digər sahələrdə hərtərəfli və sürətli inkişafı təmin olunmuş, daxili və xarici siyasətdə göstərdiyiniz yüksək əzmkarlıq, liderlik xüsusiyyətləriniz dünyada Azərbaycanın xeyrinə yeni iqtisadi-siyasi münasibətlər yaratmışdır. Son 10 ildə imzaladığınız Qanun, Fərman və Sərəncamlar, təsdiq etdiyiniz Dövlət Proqramları, həyata keçirdiyiniz uğurlu və dinamik iqtisadi islahatlar, eləcə də sosial yönümlü layihələr Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməklə yanaşı, dünya azərbaycanlılarının daha sıx birləşlməsini təmin etmişdir.
Bütün ölkənin iqtisadi, sosial və mədəni inkişafını təmin edən islahatlar paytaxt Bakının da simasını dəyişmişdir. Biri digərindən gözəl parklar, abad yollar, möhtəşəm körpülər, yeni yaşayış kompleksləri, dünyaca məşhur mehmanxana brendləri Azərbaycanımızın baş şəhəri Bakını meqopolisə çevirmişdir. Müasir Bakının yeni rəmzləri - Dövlət Bayrağı Meydanı, “Alov Qüllələri”, Heydər Əliyev Mərkəzi və digər memarlıq inciləri cəmi bir neçə il ərzində yaradılmışdır. Bu heyrətamiz dəyişikliklər ponaramında Bakının Şərq ilə Qərb sivilizasiyalarını təcəssüm etdirən bənzərsiz memarlıq ənənələri qorunub saxlanılmışdır. İqtisadi yüksəliş, sosial tərəqqi və mədəni intibah son illər qədim Bakının tarixi reallıqlarıdır. Bu reallıqlara ölkəmiz dövlət başçısı kimi Sizin yüksək diqqət və qayğınız sayəsində nail olunmuşdur.
Cənab Prezident!
Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olublar, insanlara ən doğru yolu göstəriblər. 1993-cü ilin fəlakətli, təlatümlü günlərində də ümummilli lider Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin böyük əksəriyyəti məhz ağsaqqallar idi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Məhz Heydər Əliyevin sayəsində ağsaqqalların ölkəninin ictimai-siyasi həyatında fəal iştirakı təmin edildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ağsaqqallara böyük ehtiramla yanaşırdı. Ulu öndər həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən şərəfli, fəxarətli üzvləri kimi qəbul edirdi.
Hazırda bu gözəl ənənə layiqincə yaşadılır və Sizin rəhbərliyinizlə Azərbaycan dövləti vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən respublika ağsaqqallarına göstərilən diqqət və qayğını əzmlə davam etdirir. Ölkə başçısı kimi respublikamızın regionlarına, şəhər və qəsəbələrinə səfərləriniz zamanı Siz mütəmadi olaraq ahıl vətəndaşlarla, ağsaqqal və ağbirçəklərlə görüşür, onların arzu və istəkləri ilə maraqlanır, təklifləri ilə əlaqədar yerli icra orqanlarına lazımi göstərişlər verirsiniz.
Cənab Prezident!
Sizin imzaladığınız Fərman və Sərəncamlar, təsdiq etdiyiniz Dövlər Proqramları xalqa xidmətin, hər bir Azərbaycan vətəndaşına göstərilən layiqli qayğının bariz nümunəsidir. Sizin təsdiq etdiyiniz “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanunu rayonumuzun sakinlərinin həyatını kökündən dəyişmiş, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Sizin 2014-cü il yanvarın 17-də təsdiq etdiyiniz “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” paytaxtımızın digər bölgələri ilə yanaşı Pirallahı rayonunun inkişafı üçün də geniş perspektivlər açmışdır. Ötən müddət ərzində Pirallahı rayonunda yeni idarələrin və sənaye müəssisələrinin açılması, bir sıra nazirliklərin, Dövlət Komitələrinin, İctimai Birliklərin Pirallahı rayon şöbələrinin yaradılması insanlarda böyük sevinc, daha yaxşı, firavan gələcəyə inam hissləri yaratmışdır.
Pirallahı rayonunda aparılan quruculuq, abadlıq və yenidənqurma işlərində rayon ağsaqqalları da böyük ruh yüksəkliyi və həvəslə iştirak edirlər. Bu gün yaranan Pirallahı rayon Ağsaqqallar Şurası rayon ağsaqqallarının əməli fəaliyyətində böyük bir stimul olacaqdır.
Möhtərəm cənab Prezident!
Ulu öndərimiz Heydər Əliyevin ümumbəşəri ideyalarının həyata keçməsi və doğma Azərbaycanımızın qüdrətlənməsi yolunda Sizə uğurlar diləyir, can sağlığı və xoşbəxtlik arzulayırıq!

(Müraciət Pirallahı rayon Ağsaqqallar Şurasının Təsis Konfransında qəbul edilmişdir).
Bakı şəhəri, 09 yanvar 2015-ci il