Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbəsi üzrə nümayəndəliyi hesabat verdi
16 yanvar 2015 | 11:00
16 yanvar 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə edilmişdir. Tədbirdə Pirallahı RİH-in səlahiyyətli nümayəndələri, təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil işçiləri, iş adamları, ziyalılar, Ağsaqqallar Şurasının və Gürgən Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbəsi üzrə nümayəndəsi Həsən Niftəliyev bildirdi ki, Gürgən qəsəbə nümayəndəliyi öz işini 2014-cü il üçün hazırlanmış, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. Qeyd edildi ki, hesabat dövrü İ.Məcidov, E.Hüseynov küçələrində, mərkəzi magistral yolda və Dübəndi bağ massivinin mövcüd mərkəzi küçələrində təmizlik işləri aparılmış, məişət tullantıları 153 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən daşınmışdır. Qəsəbə sakinlərinin su, qaz və elektrik təminatı yaxşılaşdırılmışdır. Gürgən qəsəbəsi il ərzində dayanıqlı elektrik enerjisi ilə təmin edilmiş, həmçinin İ.Məcidov küçəsində, magistral yolun yaxınlığında bir ədəd müasir tipli transformatorlu TM binası tikilib istifadəyə verilmişdir, Qala su anbarından birbaşa içməli suyun verilməsi təmin olunmuşdur. 2014-cü il ərzində Gürgən qəsəbəsində 2500 ədəd nar ağaçı, minlərlə zeytun və dekorativ ağaclar əkilmişdir. “Mayak” ərazisinin hasarlardan təmizlənməsi, orada yeni salınacaq şəhərin təməlqoymasının təmin olunması üçün yeni yolun çəkilməsi davam etməkdədir. Mütəmadi olaraq Mənzil İstismar Sahəsinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir.
Qəsəbə sakinləri Nərminə Əliyeva, Babək Əhmədov, Xəqani Alməmmədov, Afət Yusubova çıxış edərək, ölkə başçısının tapşırıqlarına müvafiq olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirdilər, qəsəbədə bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək ümumilikdə nümayəndəliyin fəaliyyətini müsbət qiymətləndirdi, bununla belə bəzi nöqsan və çatışmazlıqların olduğunu da qeyd etdi. Daha sonra V.Səfixanov bildirdi ki, Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Prezident İlham Əliyevin sözləri ilə desək 2014-cü ildə ölkəmizdə əsas iqtisadi göstəricilər çox müsbət olmuşdur, iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Azərbaycan beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlıq etmiş, üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak etmiş, öz mövqeyini müdafiə edərək bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Cari ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlər haqqında danışan V.Səfixanov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı rayonunun daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən söz açdı. V.Səfixanov rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək bildirildi ki, RİH tərəfindən görülən işlərdən əlavə “Nümunəvi məhəllə” layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, rayonda yeni inzibati binalar və sosial yönümlü obyektlər inşa ediləcəkdir. Ən əsası isə rayonun su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçiriləcək, istilik sisteminin bərpası başa çatdırılacaqdır.
Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbəsindəki nümayəndəliyinin 2014-cü ildə gördüyü işlər, hesabat nəzərə alınaraq, qənaətbəxş hesab olundu.