Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbəsi üzrə nümayəndəliyi hesabat verdi

19 yanvar 2015 | 11:00
     19 Yanvar 2015-ci il tarixdə Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin konfrans zalında Pirallahı  rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə nümayəndəliyinin 2014-ci ilin yekunlarına həsr olunmuş hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açıldı, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olundu və 2015-ci il üçün konkret tədbirlər müəyyənləşdirildi. Tədbirdə Pirallahı rayonunun rəhbərliyi, Çilov adasındakı təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil və səhiyyə işçiləri, Çilov – Neft Daşları Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinlərinin iştirak etdilər.
  Hesabat məruzəsi ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbəsi üzrə nümayəndəsi Qəzənfər Süleymanov bildirdi ki, ötən il ərzində Mədəniyyət evi təmir olunmuş, çay evi tikilib istefadəyə verilmişdir. Pirallahı RİH-in və “28 May” NQÇİ-in köməkliyi ilə minlərlə zeytun, şam və dekorativ ağaclar əkilərək Çilov adası yaşıllıqlar məskəninə çevrilmişdir. D.Kiselyov, Bünyadzadə və Caparidze küçələrində abadlıq işləri aparılmışdır. Bütün küçələrə zibil qutuları qoyulmuşdur və tullantılar hər gün yığılaraq utilizə olunur. Mütəmadi olaraq Mənzil Kommunal Təsərrüfatı əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. Ötən İl ərzində aptek istefadəyə verilmişdir. Qəzənfər Süleymanov görülən işlərdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun və “28 May” NQÇİ-nin rəhbərliyinin göstərdiyi köməyi xüsusi vurğulamışdır. 2015-ci ildə yerinə yetirilməli olan işlər sırasında 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, qəsəbədə əhaliyə telefon xidmətinin yaxşılaşdırılması, bankomatın qurulması qeyd edildi.
    Piallahı rayon İcra Hakimiyyəti başçısının müavini – Rayon Təsərrüfat şöbəsinin müdiri Cəlil Mirzəyev 2014-cü ildə respublikamızın böyük nailiyyətlərə imza atdığını vurğuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu il Azərbaycanın dövlət düdcəsi 25 milyard dollar səviyyəsində olub ki, bu da Cənubi Qafqazın ümumi büdcəsinin 76%-nı təşkil edir. Qeyd edildi ki, ölkəmizin bütün güşələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Cəlil Mirzəyev ötən il rayonda aparılan işlər haqqında ətraflı məlumat verdi və bildirdi ki,  RİH tərəfindən görülən işlər gələcəkdə Çilov qəsəbəsinin də nümunəvi bir yaşayış məntəqəsinə çevrilməsinə əlverişli şərait yaradacaqdır.
    “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev, Çilov – Neft Daşları Bələdiyyəsinin sədri Mahmud Mahmudov, qəsəbə nümayəndəsinin müavini Orxan Məmmədov, neftçi Əli Hüseynov dinlənilən hesabata münasibət bildirdilər. Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbəsindəki nümayəndəliyinin 2014-cü ildə gördüyü işlər, hesabat nəzərə alınaraq, qənaətbəxş hesab olundu.
Keçidlər