Pirallahı Rayon Polis Şöbəsində 20 Yanvar faciəsinə həsr olunmuş Anım tədbiri keçirildi
19 yanvar 2015 | 11:00
XX əsrin ən böyük cinayətlərindən biri olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi beşinci ildönümü Pirallahı rayonunda geniş qeyd edilir. Bu məqsədlə 2014-cü il dekabr ayında Tədbirlər Planı hazırlanaraq Pirallahı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş və 2015-ci il yanvarın 10-dan onun icrasına başlanmışdır. Rayonun idarə və müəssisələrində 20 Yanvarın Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlər təşkil olunmuş, rayonun təhsil müəssisələrində Qara Yanvara həsr edilmiş xüsusi dərslər keçilmişdir.
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı kütləvi qəsəbə kitabxanasında, 29 N-li Uşaq Yaradıcılıq Mərkəzində, digər mədəniyyət ocaqlarında 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən mühazirələr, kitab, rəsm və foto sərgiləri təşkil edilmiş, filmlər nümayiş olunmuşdur. 20 Yanvar faciəsi zamanı xəsarət alanların sayı dəqiqləşdirilmiş, rayonun bütün şəhid ailələri və 20 Yanvar faciəsinin qurbanı olmuş əlillər humanitar yardımla təmin olunmuşlar.
Yeni istifadəyə verilmiş Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasında 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar toplantı keçirildi. Toplantıda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev, YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyət iştirak etdilər.
Çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov qeyd etdi ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bildirildi ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Toplantıda çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev bildirdi ki, azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır.