Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəliyi hesabat verdi
22 yanvar 2015 | 11:00
2015-ci il yanvarın 22-də V.Mustafazadə adına Mədəniyyət Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Pirallahı rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil işçiləri, iş adamları, ziyalılar, Ağsaqqallar Şurasının üzvləri, Pirallahı Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
Hesabat məruzəsi ilə çıxış eədən Pirallahı rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəsi Heydər Vəliyev bildirdi ki, 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 №-li tam orta məktəbin əsaslı təmir işlərinə başlanılmışdır və 2014-2015-ci tədris ilinin əvvəlində həmin məktəbin təmiri yekunlaşaraq tam istifadəyə verilmişdir. Hazırda bu təhsil ocağında mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalından ibarət yeni korpusun inşası davam etdirilir.
Pirallahı qəsəbəsində Dövlət Proqramına uyğun olaraq adanın enerji dayanıqlığını təmin etmək üçün alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının quraşdırılması nəzərdə tutulub. Bu məqsədilə qəsəbənin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 2 hektar torpaq sahəsi ayrılmışdır və ötən ilin mart ayından etibarən Günəş Elektrik Stansiyasının inşasına başlanılmışdır. Keçən 2014-cü il ərzində “Bakıelektrikşəbəkə”nin Pirallahı qəsəbəsində müasir tipli yeni inzibati binası tikilərək təhvil verilmişdir. Pirallahı qəsəbə sakinlərinin çörəyə olan tələbatını tam ödəmək məqsədi ilə S.Bağırov küçəsində inşa edilən yeni çörək zavodunda işlər tamamlanmaq üzrədir. Fioletov, S.Vurğun küçələrində və mərkəzi yolun kənarlarında abadlıq işləri sürətlə davam edir. Burada antisanitar vəziyyətdə olan torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar ləğv edilərək yeni müasir görünüşlü hasarlar çəkilir. Qəsəbədə iki müasir körpələr evinin inşası sürətlə aparılır.“Nümunəvi məhəllə” layihəsi uğurla davam etdirilmiş və ilk belə həyətlərdən biri 29-cu məhəllənin əhatə etdiyi ərazidə yaradılmışdır. Məhəlləarası yollara asfalt döşənmiş, yeni işıqlanma sistemi yaradılmış, yaşıllıq zolaqları salınmış, ağaclar əkilmişdir. Binalar arasında sakinlər üçün istirahət köşkləri, uşaqlar üçün attraksionlar quraşdırılmışdır. Mütəmadi olaraq Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Mənzil İstismar Sahəsinin əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Tikintisinə 2013-cü ilin iyul ayında başlanılmış Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binası istefadəyə verilib. Rayon İcra Hakimiyyətinin, YAP Pirallahı rayon təşkilatının və H.Əliyev Mərkəzinin binalarında işlər davam etdirilir. Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının əsaslı təmiri davam etdirilir. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Artıq eyni işlərə 28-ci məhəllədə də başlanılıb. Fioletov küçəsində yerləşən ikimərtəbəli binalar əsaslı təmir edilir. 2014-cü il ərzində qəsəbədə su, kanalizasiya, elektrik və istillik təchizatı xeyli yaxşılaşmışdır.
Yığıncaqda çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəzir Səfixanov nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək ümumilikdə nümayəndəliyin fəaliyyətini müsbət qiymətləndirdi. V.Səfixanov bildirdi ki, artıq 10 ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyada lider ölkələr sırasındadır. İqtisadiyyatımız 3 faizə yaxın artmışdır, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son 10 il ərzində bir milyon 300 min iş yeri yaradılmışdır, ölkəmizdə irimiqyaslı layihələr reallaşmışdır. Bildirildi ki, bu il Azərbaycanın dövlət büdcəsi 25 milyard dollar səviyyəsində olub ki, bu da Cənubi Qafqazın ümumi büdcəsinin 76%-nı təşkil edir. Qeyd edildi ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. RİH tərəfindən görülən işlərdən əlavə “Nümunəvi məhəllə” layihəsi çərçivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, rayonda yeni inzibati binalar və sosial yönümlü obyektlər inşa ediləcəkdir. Ən əsası isə rayonun su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçiriləcək, istilik sisteminin bərpası başa çatdırılacaqdır.
Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, “Qızıl Aypara” cəmiyyətinin sədri Dilbazi Babayeva, 186 nömrəli tam orta məktəbin direktoru Arif Xankişiyev, Pirallahı Su-kanal Departamentinin rəisi Əli Kərimov və Pirallahı sakini Yaqub Hüseynov öz çıxışlarında hesabata münasibət bildirdilər. Sonda toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Pirallahı qəsəbəsindəki nümayəndəliyinin 2014-cü ildə gördüyü işlər, hesabat nəzərə alınaraq, qənaətbəxş hesab olundu.