Pirallahı Rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirildi
02 fevral 2015 | 11:00
31 yanvar 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətinın məsul əməkdaşlarının, RİHB-nın qəsəbə nümayəndəliklərinin işçilərinin, bələdiyyə üzvlərinin, rayon MKTB-in nümayəndələrinin qatıldığı tədbirdə “Dövlət qulluqçularının etik davranış qaydaları” və “sənədlərlə və vətəndaşların müraciətləri ilə işin təşkili” mövzuları müzakirə olundu.
Toplantıda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və etik müvəkkili Vəzir Səfixanov qeyd etdi ki, dövlət orqanlarında çalışanlar öz davranışları, fərdi keyfiyyətləri ilə cəmiyyət üçün nümunə olmalıdırlar. Xatırladı ki, dövlət orqanlarında şəffafliğı artırmaq və korrupsiya hallarını aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə işin aparıcısı Mahir Qarayev çıxışında qeyd etdi ki, Rayon İcra Hakimiyyəti başçısının aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə işin təşkili bu sahədə qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq aparılmalıdır. Bunlara Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat, müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat, müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat” və digər normativ hüquqi aktlar aiddir.
M.Qarayev bildirdi ki, sənədlərlə işin təşkilində nomenklatur siyahının tərtib olunmasına, aidiyyəti qovluqların açılmasına və müvafiq qaydalara uyğun jurnalların tərtibi məsələlərinə diqqət yetirilməlidir.
Müzakirə zamanı vətəndaşların qəbulunun təşkili və kargüzarlığın aparılması ilə bağlı müvafiq təlimati məlumatlar verilərək bu sahədə qanunvericiliyin tələbləri izah olundu.
Tədbirdə çıxış edən Pirallahı RİHB-nın qəsəbələr üzrə nümayəndələri təlimati köməkliyə görə rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.