Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Gənclər günü qeyd olundu

03 fevral 2015 | 11:00
     Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-ci il tarixdə Azərbaycanda ilk dəfə Gənclər Forumu keçirilmişdir. Bu tarixdən başlayaraq Azərbaycanda  "Gənclər günü" kimi qeyd edilir. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün onun layıqli davamçısı Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər günü ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük coşqu ilə qeyd edirlər.
     Olkəmizin bütün bolgərərdə olduğu kimi, Pirallahı rayonunda da 2 Fevral “Gənclər günü” münasibəti ilə rayonun bütün ümumtəhsil müəssisələrində silsilə tədbirlər təşkil olundu. Tədbirlərdə Pirallahı RİH-in əməkdaşları, ümumtəhsil müəssisələrinin əmək kollektivləri, uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
     Tədbirlərdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasətinin tarixindən və uğurlarından danışılaraq, Azərbaycanda yüksək dövlət qayğısı ilə əhatə olunan vətənpərvər, yetkin və intellektual gənc nəslin formalaşmasından, onların ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolundan, inkişafları üçün hərtərəfli şəraitin yaradılmasından bəhs edilmişdir.
    Qeyd olunmuşdur ki, ölkə gənclərinə daim diqqət yetirən möhtərəm Prezidentimiz tərəfindən müasir gəncliyin aktual məsələlərinin həlli məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunması bu sahədə yeni mərhələnin əsasını qoymuş, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin potensialının gücləndirilməsi və onların cəmiyyətdə inteqrasiyasının təmin edilməsi dövlətimizin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.
     Çıxış edən gəncər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edərək, gələcəkdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv çatdırılması istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğulamışlar.
Keçidlər