“Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda seminar keçirildi
04 fevral 2015 | 11:00
Fevral ayının ilk günlərindən başlayaraq Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsinə start verilmişdir.
2015-ci il fevral ayının 2-də V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda ilk seminar təşkil olundu. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Pirallahı Rayon Təşkilatının fəalları, rayonun tam orta məktəblərinin müəllimləri və 11-ci sinif şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edən 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev bildirdi ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırlmaq, ölkəmizi irəliyə aparmaq və respublikamızda davamlı inkişafı təmin edən iqtisadiyyat qurmaq. Bu gün onun ideyalarını, inkişaf siyasətini ulu öndərin layıqlı davamçısı - cənab İlham Əliyev reallaşdırır.
231 №-li tam orta məktəbin tarix muəllimi Seymur Yusibov qeyd etdi ki, XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır.
S.Yusibov bildirdi ki, bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Qeyd etdi ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır.
Sonda iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi, gənclərin sualları cavablandırıldı.
11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslər mayın 4-dək davam edəcək. Keçirilən dərslərdə Pirallahı rayonunun bütün məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub.