Şriftin ölçüsü :

Saytın rəngi :

RİH-də Dövlət qulluqçularının etik davranış qaydalarına dair növbəti şənbə toplantısı keçirildi

09 fevral 2015 | 11:00

  Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatında “Dövlət Qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunlarına və Azərbaycan Respublikasının Prezidentinin  5 sentyabr 2012-ci il tarixli 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qаrşı  mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli  Fəaliyyət Planı”na müvafiq olaraq etik mövzuları əhatə edən məsələlərə dair növbəti müşavirə keçirildi.
  Tədbirdə qeyd olundu ki, Pirallahı Rayon İcra hakimiyyəti tərəfindən RİHB-nın qəsəbə nümayəndəliklərində və digər aidiyyatı təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə davamlı təlimlər keçirilmişdir.
  Toplantıda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, etik müvəkkil  Vəzir Səfixanov qeyd etdi ki, Rayon İcra Hakimiyyətində yaradılmış müvafiq komissiya tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət olunur. Bildirildi ki, Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində etik qaydaların pozulması ilə əlaqədar 2014-cü il ərzində pozuntu halları müşahidə edilməmişdir.
   Sonda mövzu ətrafında müzakirələr aparıldı və tədbir iştirakçılarının sualları cavablandırıldı.

Keçidlər