Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Heydər Əliyev irsinin öyrədilməsi davamlı xarakter daşıyır

10 fevral 2015 | 11:00
    Pirallahı rayonunda Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 11-ci sinifdə təhsil alan şagirdlərə ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı silsilə tədbirlər keçirilir.
  2015-ci il fevral ayının 9-da keçirilən tədbirdə  Rayon İcra Hakimiyyətinin əməkdaşları, 186, 235 №-li məktəblərin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
     Tədbirdə “Heydər Əliyev və Dövlətçilik” mövzusunda Pirallahı rayon 186 №-li tam orta məktəbin tarix müəllimi Anjelika Surxayeva çıxış edərək bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
    A.Surxayeva qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır.
   Tədbirin sonunda iştirakçılara Ulu Öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu. 11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslər mayın 4-dək davam edəcək. Bu dərslərdə Pirallahı rayonunun bütün məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub.
Keçidlər