Pirallahı Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri diqqət mərkəzindədir
14 fevral 2015 | 11:00
13 fevral 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 12-13 fevral tarixli saylarında dərc olunmuş “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” adlı geniş məqaləsinin müzakirəsi keçirildi.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun sədrliyi ilə keçirilən toplantıda qeyd olundu ki, Rayon İcra Hakimiyyətində də ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq hər bir vətəndaşın probleminə diqqətlə yanaşılmış, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirilmişdir.
V.İmanov bildirdi ki, dərc olunmuş məqalədə Pirallahı rayonun adı 2 yerdə müsbət mənada çəkilir, bu da rayon üçün gözəl göstəricidir. Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclasında məqaləninin müzakirə olunacağı vurğulandı.
V.İmanov qeyd etdi ki, rəsmi statistikaya görə, iqtisadiyyatımız 3 faiz artmışdır, yoxsulluq səviyyəsində yaşayanların sayı 5 faizə düşmüşdür, qeyri-neft sektorumuz 7 faiz artmışdır, əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Azərbaycan əhalisinin güzəranı əvvəlki illərə nisbətən xeyli yaxşılaşmış, əhalinin həyat səviyyəsinə müsbət təsir edən sosial məsələlərə daha çox diqqət yetirilmiş, əməkhaqları, pensiyalar və müavinətlər xeyli artmışdır.
Tədbirdə qeyd olundu ki, Rayon İcra Hakimiyyəti başçısı, RİH başçısının müavinləri, şöbə müdirləri, qəsəbə nümayəndələri mütəmadi olaraq vətəndaşların müraciət və təkliflərini dinləyir, onlara lazımi köməklik göstərirlər. Bu məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətində xüsusi lövhə hazırlanıb, həmin lövhədə RİH başçısının, RİH başçısının müavinlərinin, şöbə müdirlərinin, qəsəbə nümayəndələrinin qəbul günləri göstərilib.
2014-cü ilin 12 ayı ərzində RİH başçısı tərəfindən keçirilən qəbullarda 233 nəfər sakin iştirak etmişdir. Qəbullarda RİHB Aparatının əməkdaşları ilə bərabər rayonun struktur bölmələrinin rəhbərləri iştirak etmiş, vətəndaşların müraciət və təkliflərini dinlənilmiş, onlara lazımi köməklik göstərilməsi barədə RİH başçısı tərəfindən zəruri tapşırıq və göstərişlər verilmişdir. İl ərzində RİH başçısı tərəfindən 1600 nəfərdən artıq rayon sakininin iştirakı ilə 43 səyyar qəbul keçirilmiş, 429 vətəndaşın müraciəti dinlənilmiş, müvafiq tapşırıqlar verilmişdir. RİH-ə və yuxarı təşkilatlara ünvanlanmış 305 ərizə, şikayət və təklif aidiyyatı üzrə baxılmış, müraciətlərin 82-si müsbət cavablandırılmış, 206-na müvafiq izahat verilmiş, 4-ü aidiyyəti üzrə göndərilmiş, 7-si əsassız sayılmış, 6-sı icraata götürülmüşdür. Vətəndaşların İcra Hakimiyyətinə operativ şəkildə müraciət etmələri məqsədi ilə yaradılmış “Elektron müraciət” xidmətinə daxil olmuş müraciətlərin qısa bir müddətdə cavablandırılması təmin olunmuşdur. Həyata keçirilən səmərəli tədbirlərin nəticəsi olaraq il ərzində rayonda 180 nəfər sakin işlə təmin edilmişdir.
Müzakirələrin sonunda bundan sonra da bu istiqamətdə aparılan işlərə nəzarətin gücləndirilməsi və əhaliyə diqqət, qayğı ilə yanaşılması rayonda prioritet məsələlərdən biri olması xüsusi vurğulanmışdır.