Pirallahı qəsəbəsində yaşayış binalarının əsaslı təmiri davam etdirilir
18 fevral 2015 | 11:00
Artıq 29-cu məhəllədə üç yaşayış binasının əsaslı təmiri tam başa çatdırılmışdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin bütün guşələrində, o cümlədən paytaxtımız Bakıda və onun qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Respublikamızda uğurla aparılan islahatların nəticəsində bütün sahələrdə dinamik inkişaf müşahidə olunur ki, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Pirallahı Rayon İcra Hakimiyyəti də stabil yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır.
Abadlıq-quruculuq və yenidənqurma işləri Rayon İcra Hakimiyyəti rəhbərliyinin qarşısında duran prioritet məsələlərdəndir. Qeyd edək ki, həyata keçirilən tədbirlərdə rayonun müəssisə, təşkilatları, rayon ictimaiyyətinin nümayəndələri, YAP-ın gənc fəalları yaxından iştirak edirlər. Artıq rayonda şənbə-bazar iməcilikləri ənənəvi xarakter alır. Həftəsonu keçirilən iməciliklər zamanı rayonun bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir.
S.Vurğun küçəsində, magistral yolun ətrafında antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin ərazidə təsdiq olunmuş layihə əsasında “kauntri” üslubunda hasarın tikintisi sürətlə həyata keçirilir və işlər yekunlaşandan sonra burada müasir işıqlandırma sistemi quraşdırılacaqdır.
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında hazırda dam örtüyü müasir tələblərə uyğun qurulur. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadratmetr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasının ikinci mərtəbəsində işlər davam etdirilir. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır və bina istifadəyə verilmişdir. YAP Pirallahı rayon təşkilatının inzibati binasının inşası da davam etdirilir.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının əsaslı təmiri aparılmaqdadır. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər görülür. Artıq 29-cu məhəllədə yerləşən 9 nömrəli bina əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Qeyd edək ki, bu binadan əvvəl 29-cu məhəllədə 11 və 13 nömrəli dördmərtəbəli yaşayış binaları yüksək keyfiyyətlə əsaslı şəkildə tam təmir olunaraq sakinlərinin istifadəsinə verilmişdir.
28-ci məhəllədə dörd və beş mərtəbəli, K.Rzayev küçəsində beş mərtəbəli yaşayış binalarının da əsaslı təmir işləri uğurla davam etdirilməkdədir. Fioletov küçəsində yerləşən ikimərtəbəli binalar əsaslı təmir edilir. Qeyd edək ki, təsdiq olunmuş layihə əsasında Pirallahı qəsəbəsindəki bütün təmirsiz binalar əsaslı şəkildə təmir olunacaqlar.
Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pirallahı qəsəbəsində tikilən -140 və 100 yerlik körpələr evi-uşaq bağçalarının inşaat işləri davam etdirilir.
Pirallahı rayonunda sakinlərin içməli su ilə təminatının yaxşılaşdırılması da rayon icra hakimiyyətinin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. “Azərsu” ASC tərəfindən Dövlət Proqramına əsasən ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Bundan əlavə, köhnə su və kanalizasiya boruları yeniləri ilə əvəz olunur. Hal-hazırda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulub. Artıq qəsəbənin 28-ci, 29-cu və 40-cı məhəllələrinin, Səməd Vurğun küçəsinin, qismən Əzizbəyov və K.Rzayev küçələrinin sakinləri, cəmi 4000 nəfərə yaxın insan, daimi içməli su ilə təmin olunmuşlar.