Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda rus icmasının nümayəndələri ilə görüş keçirildi

21 fevral 2015 | 11:00
    Fevralın 21-də  Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Yuryeviç Zabelin Pirallahı rayonuna səfər edib. O, rayon icra hakimiyyətinin başçısı Vasif İmanovla  görüşüb. Görüş zamanı qonağa rayonun inkişafı, burada görülən geniş quruculuq və abadlıq işləri haqda ətraflı məlumat verilib.
     Sonra Pirallahı Rayon İcra Hakimiyyətində rus icmasının nümayəndələri ilə görüş keçirilib. Tədbir Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, də  Azərbaycan Rus İcmasının sədri M.Zabelinin, RİH başçısı Aparatının məsul işçilərinin, icra strukturlarının rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə baş tutub.
    Rayon İcra hakimiyyətinin başçısının müavini Vəzir Səfixanov qonaqları salamlayaraq bildirib ki, ölkəmizdə azərbaycanlılarla birgə yaşayan digər millətlərin, o cümlədən rusların da milli-mənəvi dəyərlərinin, adət-ənənələrin qorunub saxlanmasına və inkişaf etdirilməsinə böyük qayğı göstərilir. Azərbaycanda tolerantlığın bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir və hazırda bu siyasət dövlətimizin başçısı tərəfindən davam etdirilir.
  Görüşdə çıxış edən M.Zabelin respublikamızda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan millətlərarası münasibətlərindən bəhs edib, ölkəmizdə tolerantlıq, multikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışdı. Möhtərəm Prezidentimizin bölgələrə səfərləri zamanı orada yaşayan slavyandilli xalqların problemləri ilə yaxından maraqlandığını diqqətə çatdırdı. Xüsusilə vurğuladı ki, Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlara münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə, ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Rus İcmasının fəaliyyətindən söhbət açaraq qeyd etdi ki, icma bir sıra mühüm layihələr həyata keçirir: “Müharibə və əmək veteranlarına hər il maddi yardım göstərilir, müalicəyə ehtiyacı olanlar Moskva şəhərinin klinikalarında müalicə olunmağa göndərilir, uşaqlar Rusiyanın tarixi bölgələrində turist səfərlərində olur, yay fəslində uşaqların “Drujba” idman-sağlamlıq xeyriyyə düşərgəsində istirahəti təşkil edilir”.
   Pirallahıda Rus icmasının sədri Yelena Aşurova tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib. Pirallahı qəsəbədə yaşayan rus icması üzvlərinin hər cür qayğı ilə əhatə olunduğunu vurğulayan Yelena Aşurova, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.
   Qəsəbə sakinləri Yuliya Daryuşina,  Nina Smixnova çıxış edərək, ölkə başçısının tapşırıqlarına müvafiq olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirdilər.
Keçidlər