Dahi Bülbülə həsr olunmuş yeni kitabın təqdimat mərasimi oldu
23 fevral 2015 | 11:00
Mədəniyyətimizin əsas sahələrindən biri olan musiqinin təbliği və inkişafı dövlətimizin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Ölkəmizin hər bir yerində olduğu kimi Pirallahı rayonunda da bu sahəyə ciddi maraq göstərilir. Rayon ərazisində fəaliyyət göstərən 14 saylı Uşaq Musiqi Məktəbində aparılan kadr dəyişikliyindən sonra dərslərin keyfiyyəti və uşaqların musiqiyə olan marağı artmışdır. Məktəbdə fortepiano, xalq çalğı alətləri, xor və nəzəriyyə şöbələri fəaliyyət göstərir. Burada 7 musiqi aləti üzrə dərslər keçirilir. Məktəbin müəllim və şagird kollektivi ümumrayon tədbirlərində fəal iştirak edir.
21 fevral 2015-ci il tarixi məktəb həyatında əlamətdar bir hadisə ilə yadda qaldı. Azərbaycan vokal sənətinin banisi dahi Bülbülə həsr olunmuş “Bizim Bülbül – dünyanın bülbülü” adlı kitabın məktəb kollektivinə hədiyyə olunması mərasimi keçirildi. Kitabın müəllifi dahi Bülbülün həyat yoldaşı Adilə xanım Məmmədovadır. Müəllifin imzası qeyd olunmuş kitabda Bülbülün həyat və yaradıcılığından geniş bəhs olunur. Bülbül öz məlahətli səsi, yüksək ifaçılıq qabiliyyəti ilə təkcə Azərbaycanda deyil, bütün dünyada musiqisevərlərin qəlbində dərin iz buraxmışdır.
Tədbiri giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov açdı. Məktəbin müəllimi Faiq Kazımov Bülbülün həyat və yaradıcılığı haqqında danışdıqdan sonra məktəbin fəaliyyəti ilə bağlı məlumat verdi. Bülbül ailəsinin yaxın dostu Rövşən Ağayev kitabı musiqi məktəbinə təqdim edərək kollektivin işinə uğurlar arzuladı. Tədbirin sonunda məktəbin yetirməsi, Azərbaycan Dövlət Konservatoriyasının məzunu, fortepiano müəllimi Zarina Qəhrəmanovanın müşayiəti ilə məktəbin xor kollektivinin üzvləri Leyla və Arzu Abbasova bacılarının ifasında dahi Bülbülün yadigarı olan Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısı ifa olundu. Tədbirdə 14 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin üzvləri iştirak etdilər.