Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsinin baş planının son müzakirəsi aparıldı

24 fevral 2015 | 11:00
    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının imzaladığı Sərəncamla Bakı şəhəri inzibati ərazi vahidi tərkibində yeni yaradılan Pirallahı rayonunda planlı şəkildə işlərin aparılması üçün rayonun  Baş planın hazırlanması istiqamətində artıq bir müddətdir ki, işlər görülməkdədir.
    Rayonun Baş Planının tərkib hissəsi olan Pirallahı qəsəbəsinin  Baş planının hazırlanması ilə bağlı işlər artıq başa çatdırılmışdır.  23 fevral 2015-ci il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Baş planın son müzakirəsi keçirilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanovun iştirakı ilə keçirilən müzakirədə bildirildi ki, Pirallahı rayonunda sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi, Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Əyləncə Mərkəzi”nin yaradılması və həmin mərkəzdə internet-kafe, çay evi və digər istirahət obyektlərinin inşası nəzərdə tutulmuşdur. Eyni zamanda, layihədə əhali artımı, yeni yaşayış, istirahət, idman kompleksləri, əhaliyə mədəni-məişət xidməti, qəsəbədaxili nəqliyyat, mühəndis-kommunikasiya şəbəkələri, kommunal təsərrüfatı, sənaye zonası, istehsal sahələrinə aid obyektlərin yerləşdiyi ərazilər əksini tapmışdır.
    Təqdimatdan sonra Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri iştirakçıların baş planla bağlı çoxsaylı suallarını cavablandırmışlar.
Keçidlər