Pirallahı rayonunda Beynəlxalq Ana dili günü qeyd olundu
24 fevral 2015 | 11:00
21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Ana dili günü adlandırılması haqqında YUNESKO-ya müraciət ediblər. YUNESKO-nun Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Pirallahı rayonun bütün ümumtəhsil müəssisələrdə 21 Fevral “Beynəlxalq Ana dili günü “ münasibətilə silsilə tədbirlər keçirildi. Tədbirlərdə məktəblərin rəhbərləri, müəllimlər və valideynlər, ibtidai sinif şagirdləri iştirak etdilər.
Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Bildirildi ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
İbtidai sinif şagirdləri Ana dilimizə həsr edilmiş bir-birindən maraqlı şeirlər, mahnılar, dahi şəxsiyyətlərin dil haqqında söylədikləri kəlamlar səsləndirmiş, rəqslər və səhnəciklər nümayiş etdirmişlər.
Keçirilən tədbirlər rayonun digər təhsil müəssisələrində də davam etdirilməkdədir.