Pirallahı rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir
02 mart 2015 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il fevral ayının 2-dən Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da əhalinin kütləvi dispanserizasiyası məqsədilə tibbi müayinədən keçirilməsi işinə başlanıb və bu proses hazırda davam etdirilməkdədir.
Pirallahı rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi məqsədilə rayonun bütün qəsəbələri üzrə xüsusi qrafik tərtib olunmuş və bu qrafikə əsasən rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilər və digər vətəndaşlar müayinə prosesinə cəlb olunurlar. Aksiya çərçivəsində rayon üzrə ümumilikdə 20 minə yaxın sakinin tibbi müayinədən keçəcəyi planlaşdırılıb və bunun üçün xüsusi tədbirlər planı işlənib hazırlanmışdır. Plana əsasən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Neft Daşlarında yerləşən tibb məntəqəsində rayon sakinləri tibbi müayinədən keçirlər.
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirdi ki, 01 mart tarixinə olan məlumata əsasən Pirallahı rayonunun 19889 nəfər əhalisindən 2998 nəfəri tibbi müayinədən keçib. Xəstəlik aşkarlanmış 1551 nəfər ambulator müalicəyə qəbul olunmuşdur, 58 nəfər stasionara yerləşdirilmişlər, 18 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Ölkə rəhbərinin bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri Nuranə Qasımova, Elçin Məmmədov, İlqar Məmmədli xəstəxana heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildirirlər. Müayinədən keçən sakinlər bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.