Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Məsələlər üzrə Komissiyanın ilk iclası keçirildi

03 mart 2015 | 11:00
   Pirallahı rayonunda milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət-din münasibətlərinin nizamlanması kimi məsələlər bu gün prioritet təşkil edir və bu sahələrdə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq ardıcıl işlər aparılır. Pirallahı  Rayon  İcra  Hakimiyyəti  başçısının 12 fevral 2015-ci il tarixli sərəncamı ilə Dini Məsələlər üzrə Komissiyanın yaradılması bu sahəyə diqqətin daha da artırılmasının bariz nümunəsidir.
      2015-ci il martın 2-də Pirallahı Rayon İcra Hakimiyyətində Dini Məsələlər üzrə Komissiyanın iclası keçirildi. İclasda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Dini Məsələlər üzrə Komissiyanın sədri Vəzir Səfixanov və komissiyanın üzvləri iştirak etdilər. Keçirilən iclasda komissiyanın iş planında nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı məsələlər geniş müzakirə olundu, multikulturalizmin əhəmiyyəti və dini məsələlərlə bağlı çıxışlar edildi.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Dini Məsələlər üzrə Komissiyanın sədri Vəzir Səfixanov ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi diqqət yetirdiyini qeyd edərək, zəngin  multikulturalizm ənənələrinin  qorunub-saxlanması və inkişaf etdirilməsi barədə danışdı, nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar haqqında ətraflı məlumat verdi. 
     İclasda Azərbaycanda sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik adət-ənənələri olan tolerantlıq şəraitinin bərqərar olduğu, ayrı-ayrı dinlər, dillər və etiqadlar arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü diqqətə çatdırılıldı.
     Bildirildi ki, müstəqilliyə qədəm qoyduğumuz dönəmdə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə onların sayı 2000 çatdırılıb. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz münasibətidir. Ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin nəticəsidir ki, respublikamız dünyada nümunəvi tolerant ölkə kimi tanınır.
      Daha sonra son vaxtlar qeyri-ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirən tədbir iştirakçıları, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı, dini ibadət evlərinin, məscidlərin də üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etdilər.
Keçidlər