Futbol üzrə rayon turnirinin qalibləri məlum olmuşdur
04 mart 2015 | 11:00
Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Müstəqillik əldə etdikdən bu günə qədər Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da idmanın inkişaf etdirilməsi məqsədilə mütəmadi addımlar atılmaqdadır. Belə ki, “2014-2016-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”na əsasən Pirallahı rayonunda idman obyektlərinin əsaslı təmiri və tikintisi, o cümlədən rayon ərazisində idman meydançalarının yaradılması planlaşdırılmışdır. Xatırladaq ki, keçən il ərzində ölkə daxili yarışlarda Pirallahı idmançıları 34 qızıl, 33 gümüş və 28 bürünc medal qazanmışlar. Beynəlxalq yarışlardakı göstəricilər isə 7 qızıl, 7 gümüş və 6 bürünc medaldan ibarət olmuşdur.
Hazırda rayonda 3 stadion və bir idman sarayı fəaliyyət göstərir. Bu idman obyektlərində 750-dən çox gənc idmanın müxtəlif növləri - futbol, voleybol, basketbol, üzgüçülük, gimnastika, yüngül atletika, sərbəst güləş, cüdo, boks, taekvondo, yunan-roma güləşi, karate, ciu-citsu, sambo güləşi, kikboksinq və aerobika ilə məşğul olur.
İdmanın təbliği məqsədi ilə rayonda silsilə tədbirlər keçirilir. Növbəti tədbir 2015-ci il martın 2-də 186 №-li tam orta məktəbin idman meydançasında baş tutmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və AFFA-nın birgə təşkilatçılığı ilə gerçəkləşən “2005-2015-ci illərdə məktəblərdə futbolun inkişafı layihəsi” çərçivəsində Pirallahı rayon məktəbliləri arasında mini-futbol üzrə yarışın rayon turu keçirilmişdir. Rayon turunda I yeri tutmuş 186 №-li tam orta məktəbin və II yerə çıxmış 243 №-li tam orta məktəbin şagirdləri yarışların şəhər turuna vəsiqə qazanmışlar.