Şriftin ölçüsü :

Saytın rəngi :

İdman Ustası adına layiq görülənlərdən biri də Pirallahı rayonunun nümayəndəsidir

06 mart 2015 | 11:00
     2015-ci il mart ayının 5-də Azərbaycan Respublikası “Kempo” federasiyasında 5 mart - “Bədən tərbiyəsi və İdman günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Pirallahı rayonunu İcra Hakimiyyətinin əməkdaşı, ciu-citsu döyüş növü üzrə II dan qara kəmər Seymur Yusibov təmsil etmişdir. Tədbirdə Respublikanın idman həyatı tarixində ilk dəfə olaraq “Kempo” döyüş növü üzrə Dünya və Avropa çempionatlarında fərqlənən 5 idmançıya Azərbaycan Respublikasının İdman Ustası adı verilmişdir. İdman Ustası adına layiq görülənlərdən biri də Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Yusibov olmuşdur. Tədbirdə Azərbaycan Respublikası “Kempo” federasiyasının prezidenti Rauf  İbrahimov, Qarabağ müharibəsi iştirakçısı İbad Hüseynov, BMT-nin qaçqınlar üzrə Ali Komisarlığının Bakı ofisinin nümayəndəsi Zəminə Səfərova, Gənclər və İdman Nazirliyinin əməkdaşı Yusif  Hüseynov və Azərbaycan Respublikası Kikboksinq Federasiyasının baş məşqçisi Elşən Abdulrəhimov iştirak etmişlər. Qeyd edək ki, Seymur Yusibov  Azərbaycan Respublikası “Kempo” Federasiyasının və Azərbaycan Respublikası “Universial döyüş” Federasiyasının  Pirallahı rayonu üzrə nümayəndəsidir, 3 ildir ki, Pirallahı rayonunda “Kempo” döyüş növünün təbliği ilə məşğuldur və rəhbərlik etdiyi idman bölməsində 30-dan çox yeniyetməyə bu idman növünün sirlərini öyrədir.
Keçidlər