Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti iməclik aksiyası keçirildi

07 mart 2015 | 11:00
  Respublikanın bütün bölgələrində  olduğu kimi, Bakı şəhəri Pirallahı rayonunda da Novruz bayramına həsr olunmuş hazırlıq işləri davam edir. Hər həftənin şənbə günləri rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin iştirakı ilə ümumrayon iməcliyi keçirilir.
   Martın 7-də Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı Rayon İcra Hakimiyyəti ilə birgə nöbvəti  iməclik aksiyasını keçirdi. Aksiyada  İcra Hakimiyyətinin əməkdaşları,  YAP-ın rəhbərliyi, aparat üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir çərçivəsində təşkilatın inzibati binası ətrafında və S.Vurğun küçəsində təmizlik işləri görüldü, ərazidəki bütün ağacların dibləri yumşaldıldı, ağaclar əhənglə ağardıldı, yeni gül kolları əkildi, ərazi tam abad vəziyyətə gətirildi.
   Aksiyanın bütün rayon ərazisində may ayının sonuna qədər hər həftə davamlı şəkildə aparılması nəzərdə tutulub.
Keçidlər