Pirallahı rayonunda Beynəlxalq Qadınlar Günü qeyd olundu
10 mart 2015 | 11:00
Beynəlxalq Qadınlar Günü münasibəti ilə Pirallahı rayonunun idarə və müəssisələrində silsilə tədbirlər təşkil olundu. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Keçirilən tədbirlərdə çıxış edən Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları qeyd etdilər ki, ölkəmizdə aparılan qadınlarla bağlı dövlət siyasətinin nəticəsi olaraq hazırda respublikamzda təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan qadınların sayı xeyli artır. Qadınların icra orqanlarında rəhbər vəzifələrdə və bələdiyyələrdə təmsil olunması onların ictimai fəallığının artmasının göstəricisi kimi vurğulandı.
Bildirildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın örnək olan fəaliyyəti diqqətə çatdırıldı.
Çıxış edən qadınlar hər zaman Azərbaycan qadınına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Bayram tədbirləri 14 saylı uşaq musiqi məktəbində bayram konserti ilə davam etdirildi. Tədbirlərdə iştirak edən qadınlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.