29 №-li Uşaq Yaradıcılıq Mərkəzində “Bu torpaq Vətəndir, mən bir vətəndaş” başlığı altında tədbir keçirildi
11 mart 2015 | 11:00
Vətənpərvərliyin mahiyyəti vətənə məhəbbətlə öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılığın vəhdətindən ibarətdir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, millətinə, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu baxımdan gənc nəslin vətənpərvər ruhda böyüməsində təhsil müəssisələrinin rolu əvəzolunmazdır. Mütəmadi olaraq rayon ərazisində yerləşən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi bu amala xidmət edir.
2015-ci il 10 mart tarixində 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində “Bu torpaq Vətəndir, mən bir vətəndaş” başlığı altında tədbir keçirildi. Tədbirdə Pirallahı rayon məktəbliləri ilə birgə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin üzvləri, Milli Qəhrəman Vahid Quliyev, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin zabitləri, rayon ictimaiyyətinin və ağsaqqallarının nümayəndələri iştirak etdilər.
Giriş sözü ilə tədbiri açıq elan edən Mərkəzin direktoru Sevda Bəşirova gələn qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti və mahiyyəti haqqında danışdı və belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Mərkəzin bədii qiraət, dram və rəqs dərnəyi üzvlərinin bir-birindən baxımlı çıxışlarından sonra söz qonaqlara verildi.
Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlqam Əskərov gənc nəslin ümummilli lider Heydər Əliyevin Vətənə olan sevgi, istək və məhəbbətinin təsiri altında böyürərək hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasına hazır olduğunu qeyd etdi.
Milli Qəhrəman Vahid Quliyev, veteran döyüşçü Nadir Mahmudov öz çıxışlarında keçdikləri şücaətli döyüş yolundan danışaraq məktəblilərin suallarını cavablandırdılar. Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov gənc nəslə ağsaqqal öyüd və nəsihətlərini verdi.