Pirallahı rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir
12 mart 2015 | 11:00
Bakı şəhərinin Pirallahı rayonunun sakinləri Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin pulsuz tibbi müayinəsi üçün yaradılmış imkandan yararlanmaq məqsədilə böyük həvəslə müəyyən olunmuş tibb müəssisələrinə müraciət edirlər.
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva qeyd etdi ki, günbəgün müayinəyə gələnlərin sayı artmaqdadır. Humanitar aksiyaya başlanılmış fevral ayından martın 12-i günortayadək rayon üzrə dispanserizasiyası nəzərdə tutulmuş sakinlərin 4520 nəfəri tibbi müayinələrdən keçmişdir. Müayinələr zamanı müalicəyə ehtiyacı olması aşkar edilən vətəndaşlardan 2248 nəfəri ambulator, 82 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 27 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir. Qeyd edək ki, xüsusi yaradılmış həkim briqadası evlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır.
Tibbi müayinədən keçən rayon sakinlərindən Valeh Əliyev, İlahə Abdullayeva və başqaları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqların bildirdilər.