Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda ümumrayon iməciliyi keçirilmişdir

16 mart 2015 | 11:00
    Şəhərimizin bütün rayonlarında  olduğu kimi, Pirallahı rayonunda da təsdiq edilmiş tədbirlər planına əsasən “çiçəklənən Bakımız” devizi altında I Avropa oyunlarının, qarşıdan gələn Novruz bayramının və Ulu öndərimizin anadan olması gününə həsr olunmuş Gül bayramı münasibəti ilə hər həftənin şənbə günləri rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin iştirakı ilə ümumrayon iməciliyi  keçirilir.
     Rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə 14-15 mart tarixində keçirilən növbəti aksiya zamanı Qala –Pirallahı magistral avtomobil yolunun kənarı boyu təmizlik-abadlıq işləri aparılmışdır.
Yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilmiş, ağac və tinglərə su verilmiş, irigövdəli ağaclar budanmış və dibləri bellənmiş, ərazi məişət tullantılarından da təmizlənmişdir.
Keçidlər