Rayonun bütün ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələrində Novruz şənlikləri qeyd edildi
17 mart 2015 | 11:00
Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir. Əziz bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanıb və onun icrası müvəffəqiyyətlə həyata keçirilir. Bayram ərəfəsində rayonda geniş abadlıq, quruculuq işləri aparılmış, o cümlədən istirahət parklarında, küçələrdə təmizlik işləri görülmüş, hər yerdə göz oxşayan bayram tərtibatı qurulmuş, rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.
Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, 14 saylı uşaq musiqi məktəbində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur.
Tədbirlərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, müəllim, şagird və valideynlər böyük həvəslə iştirak etmişlər.
Novruz şənliklərində çıxış edən Rayon İcra Hakimiyyətinin əməkdaşları Novruz adət-ənənələrinin xalqımız tərəfindən bu günümüzə qədər qorunub saxlanmasından və bu bayramın Azərbaycan xalqı üçün əhəmiyyətindən danışdılar. Qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladılar.
Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş edildi. Stendlərdə torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar da təqdim edildi.
Sonra Novruz səhnəcikləri təqdim olundu, Novruz inamları, bayatıları söylənildi, Novruz tapmacaları cavablandırıldı. Uşaqların hazırladıqları bu bayram ovqatlı çıxışlar iştirakçılarda xoş bayram ovqatı yaratdı.