Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda ağaçəkmə kompaniyası davam etdirilir

18 mart 2015 | 11:00
  Respublikamızda uğurla  həyata keçirilən  islahatların nəticəsidir ki ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilər getdikcə yüksəlməkdədir. Əsas məqsədlərdən biri  də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdən ibarətdir. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkəmizdə ekoloji problemlərin həllinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
   Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanımızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da artıq bir neçə ildir ki, bu sahədə silsilə tədbirlər həyata keçirilir. Pirallahı rayonunda IDEA İctimai Birliyinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ötən ilin sentyabr ayından başlayan ağacəkmə kompaniyası mart ayının əvvəlindən yenidən davam etdirilmişdir.
   Pirallahı rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə əsasən hər həftənin şənbə günləri bütün idarə və təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri onlara təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olmuş, ətraf ərazilərdə səliqə-sahman yaratmış, torpaqları yumşaldaraq ağac əkininə hazırlamış, yüzlərlə çinar, şam, küknar, eləcə də ekzotik və bəzək ağacları əkmişlər.
   Hər gün yüzlərlə adamın iştirak etdiyi iməciliklər zamanı mart ayının 14-ü və 15-i Qala-Pirallahı magistral yolunun kənarlarında ağaclar əkilmiş, əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilmişdir. Martın 17-si və 18-də davam etdirilmiş ağacəkmə kompaniyasında Pirallahı MKTB-nin, Pirallahı Sukanal Departamentinin və digər idarələrin, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının, ümumtəhsil məktəblərinin, qəsəbələr üzrə nümayəndəliklərin və bələdiyyələrin kollektivləri yüksək fəallıq göstərmişlər. Xalqımızın əziz Novruz bayramı ərəfəsində hər bir kəsin böyük həvəslə qatıldığı iməcilikdə ümumilikdə 7500-dən çox ağac əkilmişdir.
   Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən, Pirallahı rayonunda mart-aprel aylarında 20 minə yaxın müxtəlif növ ağacların əkilməsi planlaşdırılmışdır.
Keçidlər