Qədim Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi
19 mart 2015 | 11:00
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün böyük uzaqgörənliklə müəyyən etdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə özünün müsbət nəticələrini verməkdədir. Ölkəmiz sürətlə inkişaf edir, regionun lider dövləti olan Azərbaycan yeniləşir, müasirləşir və modernləşir. Azərbaycanın iqtisadiyyatından tutmuş hərb sahəsinədək həyatımızın bütün sferalarında sürətli inkişaf, böyük tərəqqi əldə edilmişdir. Özünün şah əsəri olan müstəqil Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi, müasirləşmə strategiyasının həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atmış ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının, eləcə də digər sosial yönümlü proqram və layihələrin icrasının ölkəmizin inkişafında əsas rol oynadığını bir çox çıxışlarında xüsusi olaraq qeyd etmişdir. Bu konteksdən yanaşdıqda Pirallahı rayonunda son iki ildə icra edilən Dövlət Proqramları çərçivəsində reallaşdırılan layihələr xüsusi əhəmiyyətə malikdir. Bu günlər Pirallahı rayonunun bütün ərazisi yenidənqurma və abadlıq işləri ilə əhatə olunmuşdur. Əlamətdar haldır ki, bu il Pirallahı rayonunda Novruz bayramı artıq üçüncü dəfə qeyd edilir. Hələ bayram ərəfəsində Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq mart ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, 7500-dən çox ağac əkilmişdir. Ümumilikdə mart-aprel ayları ərzində Pirallahı rayonu ərazisində 20 minədək ağacın əkilməsi planlaşdırılmışdır. Novruz bayramı münasibətilə aztəminatlı sakinlərə, məcburi köçkünlərə, ümumilikdə iki yüzə yaxın ailəyə bayram sovqatı çatdırılmışdır.
Əziz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılmış, rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanmışdır. Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, 14 saylı uşaq musiqi məktəbində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli inamlar, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır.
Pirallahı rayonunun əsas Novruz bayramı tədbirinə martın 19-da Gənclər Parkında start verildi. Bayramsayağı bəzədilmiş Parka daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni və digər qonaqları Bahar qızı bayram xonçası ilə qarşıladı. Kosa və Keçəl, milli geyimli çaparlar, zurnaçılar dəstəsi bayram tədbirinə xüsusi rövnəq verirdi. Milli paltarda olan oğlan və qızlar qonaqlara müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdirdilər. Bir-birinin ardınca meydana daxil olan güləşçilər, karateçilər, samboçular, ağırlıq qaldıranlar, daş oynadanlar öz məharətlərini göstərdilər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı da maraqla qarşılandı. “Neftçi” İSM-in Pirallahı stadionunun, Pirallahı idman zalının, orta məktəblərin təmsilçiləri yarışlarda daha çox fərqləndilər...
Meydanın digər tərəfində isə kimi səməni halvası çalır, sacda yuxa, şəkərbura, paxlava bişirir, kimi də aş süzür, cəhrədə ip əyirir, xına yaxırdı... Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzi öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Üzbəüzdə qurulmuş 10 molbert üzərində rəsm studiyasının yetirmələri Novruz mövzusunda improvizasiya bacarıqlarını nümayiş etdirirdilər...
Qonaqları qarşılayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim etdi və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən V.İmanov ulu Novruz bayramı haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Bildirildi ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.
Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il cənab Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olmuşdur. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bu günkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi, Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edərək, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladı.
Minlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, o cümlədən tanınmış ifaçılar Elza Seyidcahan, Vüqar Muradov, Mədinə Kazımovanın ifasında konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam etdi və bayram atəşfəşanlığı ilə yekunlaşdı. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilmişdi.