Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti ağacəkmə kampaniyası keçirildi

24 mart 2015 | 11:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ötən ilin sentyabr ayından başlayan ağacəkmə kompaniyası mart ayının əvvəlindən yenidən davam etdirilmişdir. Rayonun idarə və müəssisələrinin kollektivləri ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək ağacəkmə kampaniyasına qoşulmuşlar.
     Pirallahı rayonunda “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində növbəti ağaçəkmə aksiyası keçirilmişdir. Mart ayının 23-ü və 24-də Qala-Pirallahı magistral yolunun kənarlarında keçirilən növbəti ağaçəkmə aksiyasında Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun və Aparatın əməkdaşlarının, YAP Pirallahı rayon təşkilatının fəallarının, eyni zamanda rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların kollektivləri tərəfindən  2500-dən çox şam  ağacı əkilmiş,  əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilmişdir.
    Rayonun bütün müəssisə və idarələrinin iştirakı ilə hər həftə sonunda keçirilən iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilir, abadlıq və təmizlik işləri görülür.
    Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən, Pirallahı rayonunda mart-aprel aylarında 20 minə yaxın müxtəlif növ ağacların əkilməsi planlaşdırılmışdır.

Keçidlər