Pirallahı rayonunda növbəti ağacəkmə aksiyası həyata keçirildi
27 mart 2015 | 11:00
27 mart 2015-ci il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində paytaxtımızın Pirallahı rayonunda növbəti iməcilik keçirilib.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və idarə, müəssisə, təşkilatlarının kollektivləri, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalları ilə yanaşı, sakinlər də aksiyaya həvəslə qoşulublar.
Təxminən 500 nəfərin iştirak etdiyi iməcilik zamanı müəyyən edilmiş ərazilərdə səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, 2000-dən artıq şam və digər növ həmişəyaşıl ağaclar əkilib. Təzə əkilən ağaclar suvarılıb, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilib. Qeyd edək ki, ağacları suvarmaq üçün həmin əraziyə 7000 metr uzunluğunda su xətti çəkilib.
Yarandığı gündən indiyədək Pirallahı rayonu ərazisində keçirilən iməciliklər zamanı 100 mindən çox ağac və bəzək kolları əkilib. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tərəfindən təstiq edilmiş tədbirlər planına əsasən, Pirallahı rayonunda mart-aprel aylarında 20 minə yaxın müxtəlif növ ağaçların əkilməsi planlaşdırılıb.