Şriftin ölçüsü :

Saytın rəngi :

Stolüstü idman növləri üzrə yarışlar keçirildi

30 mart 2015 | 10:00
   Respublikamızda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı umumilli lider Heydər Əliyevin adı ilə əlaqələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları və bütövlükdə xalqımız unutmayıb və hər il keçirilən, Azərbaycan xalqının böyük hörmətini və məhəbbətini ifadə edən tədbirlər Heydər Əliyevin xalqımız qarşısındakı möhtəşəm xidmətlərinə verdiyi qiymətdir. Digər bir tərəfdən Azərbaycan vətəndaşları onu da aydın şəkildə dərk edirlər və qiymətləndirirlər ki, ümummilli liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti davam etməkdədir, Azərbaycanın inkişafı, yüksəlişi, həyatımızın müsbət şəkildə dəyişməsi əhəmiyyətli dərəcədə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin reallaşması ilə əlaqədardır.
   Pirallahı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş silsilə tədbirləri davam edir.
Tədbirlər rayonun bütün idarə və müəssisələrində yüksək səviyyədə təşkil edilir. Hər həftənin şənbə günləri iməciliklər keçirilir,  təmizlik işləri görülür, ərazidəki bütün ağacların dibləri yumşaldılır, yeni ağaclar və gül kolları əkilir. Təsdiq edilmiş Tədbirlər Planına əsasən müxtəlif idman növləri üzrə rayon birincilikləri keçirilir.
   Martın 30-da Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş stolüstü idman növləri üzrə yarışlar keçirildi. Tədbirdə Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin üzvləri və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər.
   Yarışlarda dama üzrə I yeri Fuad Cəfərov, II yeri Mehdi Bünyadov, III yeri İlqam Əskərov, nərd üzrə isə I yeri Elman Abdullayev, II yeri Həsən Niftəliyev, III yeri Tahir Əsgərov tutdular. Qaliblərə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən pul mükafatı verildi.
Keçidlər