Məqsədimiz – Pirallahı qəsəbəsini yaşıllıqlar adasına çevirməkdir
04 aprel 2015 | 10:00
“Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Pirallahı rayonunda IDEA İctimai Birliyinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası davam etdirilir.
Növbəti ağacəkmə kompaniyası 04 aprel 2015-ci il tarixdə S.Vurğun küçəsində təşkil olundu. Keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon təşkilatlarının və ictimaiyyətinin nümayəndələri, YAP Pirallahı rayon təşkilatının gənc fəalları həvəslə iştirak etdilər.
Marafon çərçivəsində təşkil olunan aksiya zamanı 1000 ədəd yeni ağac əkilmiş, əvvəllər əkilmiş ağaclara qulluq göstərilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradırlar ki, bu da artıq ənənə şəklini almışdır.
Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planında mart-aprel aylarında Pirallahı ərazisində 20 minə yaxın müxtəlif növ ağacların əkilməsi planlaşdırılmışdır.
Məqsədimiz – Pirallahı qəsəbəsini yaşıllıqlar adasına çevirməkdir.