Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

07 aprel 2015 | 10:00
    Aprel ayının 6-da 168 №-li tam orta məktəbin akt zalında “Narkomaniyaya birlikdə yox deyək” mövzusunda tədbir təşkil olundu. Toplantıda Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev,  Pirallahı rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri, Pirallahı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cəlil Mirzəyev, Pirallahı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının işçiləri, rayonun təhsil müəssisələrinin müəllimləri və şagirdləri iştirak etdilər.
    Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.
    Pirallahı Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Nəcəf Qurbanov bildirdi ki,  müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də ön plana çıxmışdır və problemə münasibətdə yeni mərhələ başlanmışdır. Qeyd etdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası həmçinin, müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün ölkəmizin əsas prioritetlərindən biri kimi uğurla davam etdirilir. İnsanları ölümə məhkum edən, genefonda sarsıdıcı zərbə vuran bu bəşəri bəla ilə mübarizə işi dünya dövlətlərinin daim diqqət mərkəzində saxlanılır, səmərəli və ardıcıl mübarizə aparılması məqsədilə səylər birləşdirilir. Bununla əlaqədar hazırda dünyada əhəmiyyətli proqramlar, konvensiyalar və sazişlər qəbul olunmaqla vəzifələr müəyyən edilir. Azərbaycan Respublikası da bu Proqramlara qoşulmaqla onun fəal iştirakçısına çevrilmişdir.
  Tədbirdə 168 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş hakiminin müavini Kəmalə Mustafayeva və başqaları çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Onlar maarifləndirmə tədbirlərinin zəruriyətini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Keçidlər