“Şəhidlər ölməz, Vətən bölünməz”
08 aprel 2015 | 10:00
07 aprel 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında Milli Qəhrəmanların tanıtımı ilə əlaqədar “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qarabağ müharibəsi Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Pirallahı rayon şöbəsinin üzvləri, rayon ərazisində məskunlaşmış şəhid ailələri, rayonun ümumtəhsil müəssisələrinin pedoloji heyəti və şagirdləri iştirak etdilər.
Tədbirdən əvvəl iştirakçılar Milli Qəhrəmanların fotolarını əks etdirən pannolardan ibarət sərgiyə böyük maraqla tamaşa etdilər.
Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov qonaqları salamlayaraq bildirdi ki, belə maarifləndirici tədbirlər qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının uğurlu siyasəti və uzaqgörənliyi sayəsində Azərbaycan öz əzəli torpaqlarını qaytaracaqdır. N.Hüseynov şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına toxunaraq, bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını, cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğuladı.
Çıxış edən RİH məsul əməkdaşı Mehdi Bünyadov, Qarabağ müharibəsi iştirakçıları Mübariz Xudaverdiyev və Nemət Cabbarov məktəblilərə əsl vətənpərvər ruhda böyümələrini və Vətənə layiqli övlad olmalarını arzu etdilər.
Məktəblilərin mövzuya aid hazırladıqları ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonda iştirakçılara Milli Qəhrəman Mübariz İbrahimov haqqında videoçarx nümayiş olundu.