“Mütaliənin insan təfəkküründə rolu”
14 aprel 2015 | 10:00
“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən Pirallahı rayonunun bütün ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
11 aprel 2015-ci tarixdə 186 №-li tam orta məktəbin akt zalında çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair – yazıçı Ələmdar Quluzadə və bədii qiraət ustası Ağalar Bayramovla görüş keçirildi. Görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Pirallahı rayon Ağsaqqallar Şurasının üzvləri, V.Mustafazdə adına Mədəniyyət Mərkəzinin işçiləri və rayonun təhsil müəssisələrinin müəllimləri və şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Arif Xankişiyev açaraq qonaqları salamladı və uzaq yol qət edərək Pirallahı rayonuna gəldikləri üçün onlara məktəbin kollektivi adında öz minnətdarlığını bildirdi.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini və tədbirin aparıcısı Həcər Ramazanova şairin həyat və yaradıcılığı ilə bağlı şagirdlərlə sual-cavab apardı, şairin yaradıcılığından qısa məlumatları şagirdlərin nəzərinə çatdırdı , sonra məktəblilər Ələmdar Quluzadənin Vətənə, Qarabağa həsr olunmuş şeirlərindən söylədilər, “Papaqçı” nağılından səhnəcik nümayiş etdirdilər.
Məktəbin 6 b sinif şagirdi Elvira “Uzundərə “ rəqsini ifa etdi. Bədii qiraət ustası, hər kəsin sevimlisi Ağalar Bayramovun Ələmdar Quluzadənin yaradıcılığından bir-neçə şeiri ifa etməsi tədbir iştirakçılarında xoş təəssürat yaratdı.
Ümumi çıxışlardan sonra söz Ələmdar Quluzadəyə verildi, o da şagirdlərə öz tövsiyə və nəsihətlərini bildirdikdən sonra yaradıcılığındakı şeirlərindən bir-neçəsini söylədi.
Sonda tədbirdə iştirak edən şagirdlərə Ələmdar Quluzadənin “Bulaq suyu” kitabı hədiyyə olundu, şairlə və Ağalar Bayramovla xatirə şəkli çəkildi.