YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin ilk iclası keçirildi
14 aprel 2015 | 10:00
14 aprel 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin ilk iclası keçirildi. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev və İdarə Heyətinin üzvləri iştirak etdilər. Yığıncaqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi və 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr barədə məsələlər müzakirə olundu.
YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov çıxış edərək bildirdi ki, gənclərə diqqət və qayğı dövlət siyasətidir. Qeyd etdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışın sonunda YAP Pirallahı rayon təşkilatının sədri gənclərə öz tövsiyələrini verdi.
İclasda YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev, sədr müavinləri Aytən Əliyeva, Rüfət Məmmədov və digərləri çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bildirdilər.