Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir

15 aprel 2015 | 10:00
   Pirallahı rayonunun ümumtəhsil müəssisələrində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
  Pirallahı qəsəbəsində yerləşən 186 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda aprel ayının 14-də keçirilən tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin, Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim heyəti və məktəblilər iştirak etdilər.
  Pirallahı Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev öz çıxışında qeyd etdi ki, Azərbaycanda bu problemin həlli istiqamətində ardıcıl və genişmiqyaslı işlər həyata keçirilir. Bildirdi ki,  bizim ümummilli liderimiz Heydər Əliyev bu təhlükəni görüb ona qarşı mübarizə işini dövlət səviyyəsinə qaldıraraq, 1996-ci ildə Dövlət Komissiyası yaratmışdır. Bu gün Ulu öndər Heydər Əliyev kursunu onun  layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident narkomaniya ilə mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə sayca dördüncü olan müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi.
  Pirallahı Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Nəcəf Qurbanov öz çıxışında bildirdi ki, narkomaniya xəstəliyinin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması çox vacibdir.
  Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışdılar.
Keçidlər