Pirallahı rayonunda Beynəlxalq Mədəniyyət Günü qeyd olundu
16 aprel 2015 | 10:00
15 aprel – Beynəlxalq Mədəniyyət günüdür. Bu tarix 15 aprel 1935-ci ildə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi, qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Mədəniyyət günü kimi qeyd olunur.
Ötən gün V.Mustafazadə adına Mədəniyyət mərkəzində Beynəlxalq Mədəniyyət Gününə həsr olunan tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
V.Mustafazadə adına Mədəniyyət mərkəzinin direktoru Əliağa Mirzəyev qonaqları salamlayaraq,
ölkəmizin mədəniyyət sahəsində qazandığı böyük uğurlardan danışdı. Bildirdi ki, son illərdə Azərbaycanda müxtəlif beynəlxalq musiqi müsabiqələrinin keçirilməsi, musiqi janrlarının - həm milli muğam, həm də milli klassik və instrumental ifaçılıq, yaxud ifaçılığın digər növlərinin xüsusi maraq obyektinə çevrilməsi, Beynəlxalq Muğam Mərkəzinin yaradılması, “Avrovizion” mahnı müsabiqəsindəki qalibiyyət Azərbaycanda mədəniyyətin sürətli inkişafının və ona dövlət qayğısının əsas göstəricilərindəndir.
Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlqam Əsgərov öz çıxışında bildirdi ki, müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Natiq çıxışında bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin bu qurumla əlaqələri yeni tarixi mərhələyə daxil olmuş, xalqımıza məxsus qədim əsərlərin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılmış, muğam kimi incəsənət incimiz “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir.
Toplantıda V.Mustafazadə adına Mədəniyyət mərkəzinin yetirmələrinin ifasında bədii səhnəciklər göstərildi.
Sonda tədbir iştirakçılarına Azərbaycan mədəniyyəti haqqında videoçarx nümayiş olundu.
Qeyd edək ki, Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş tədbirlər 14 saylı Uşaq Musiqi Məktəbdə, 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində və rayonun digər mədəniyyət ocaqlarında da təşkil olundu.