Bakı 2015 I Avropa Oyunlarının sınaq yarışları keçirildi
20 aprel 2015 | 10:00
Keçən həftə ilk Avropa Oyunlarının boks və güləş üzrə sınaq yarışları Bakı Kristal Zalı və Heydər Əliyev adına İdman Arenasında təşkil olundu.
Azərbaycan Güləş Federasiyası Kuboku uğrunda yeniyetmə və gənclər arasında sərbəst və Yunan-Roma güləş növləri üzrə beynəlxalq çempionatı 15-19 aprel tarixlərində yenicə təmir-bərpa işləri aparılmış Heydər Əliyev adına İdman Arenasında keçirildi. Qaliblər Azərbaycan Güləş Federasiyası və "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən mükafatlandırıldı. Çempionata 4 yarış günü ərzində Avropanın müxtəlif ölkələrindən 400-ə yaxın idmançı qatılmışdır.
Qeyd edək ki, keçirilən boks və güləş üzrə sınaq yarışları Bakı-2015 I Avropa Oyunlarına hazırlıq məqsədi daşıyırdı. Heydər Əliyev adına İdman Arenasında keçirilən güləş üzrə yarışlara Pirallahı sakinləri də qatılmışdılar. 3 gün ərzində 400 nəfərə yaxın rayon sakini bu turnirdə tamaşaçı qismində fəal iştirak etdi.