“Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirildi
22 aprel 2015 | 10:00
20 aprel 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Pirallahı rayonu üzrə 25 məktəbli üçün “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, müəllimlər və məktəblilər iştirak etdilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirdi ki, təlimin keçirilməsində əsas məqsəd təlimçi olaraq hazırlanmış uşaqlar tərəfindən bu gün onlar üçün aktual hesab edilən, onları maraqlandıran mövzuların müzakirəsi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də, uşaq iştirakçılığının təmin olunmasıdır.
Təlim kursunda xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakına da diqqət ayrıldı. Təlimlər uşaqlar tərəfindən qrup müzakirələri şəklində aparıldı.
Tədbirin sonunda müzakirə edilən mövzularla bağlı iştirakçılara broşür və kitabçalar paylanıldı.
Qeyd edək ki, keçən ilin noyabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilmişdir. Forumda uşaqların iştirakı ilə Azərbaycanın bütün şəhər və rayonlarını əhatə etməklə Əlaqələndirmə Şurası yaradılmışdır. Şura növbəti Foruma qədərki dövr ərzində uşaqlar arasında birgə və səmərəli işin aparılmasının təmin edilməsi, həmçinin uşaqların iştirakı ilə onları maraqlandıran mövzularda təlimlərin təşkil olunması məqsədi ilə yaradılmışdır.