Pirallahı rayonunda Çernobıl Əlilləri ilə görüş keçirildi
24 aprel 2015 | 10:00
23 aprel 2015-ci il tarixində Çernobıl faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Çernobıl əlilləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Giriş sözü ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışdı. Qeyd etdi ki, hadisə zamanı 7000-ə yaxın insan həyatını itirdi, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də bir kabus kimi Avropada dolanmaqdadır.
V.Səfixanov bildirdi ki, Ulu öndər Heydər Əliyevin imzaladığı "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Fərmanlar dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılması, onların statusunun müəyyənləşdirilməsi, sosial problemlərinin həlli ölkəmizdə daim diqqət mərkəzindədir. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Tədbirdə çıxış edən Çernobıl əlilləri onların problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də Prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.