Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda məktəblilər arasında intellektual yarış keçirildi

29 aprel 2015 | 10:00
    Pirallahı rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.
    Təsdiq edilmiş Tədbirlər Planına əsasən müxtəlif idman növləri üzrə yeniyetmələr və gənclər arasında rayon birincilikləri və yarışlar təşkil olunur.
    25 aprel 2015-ci il tarixində 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Milli-mənəvi irsimiz - bizim tariximizdir" başlığı altında məktəblilər arasında intellektual yarış keçirildi.
     Tədbirdə Pirallahı rayonunun 5 ümumtəhsil müəssisənin komandaları iştirak edirdi. Yarışın sualları 5 mövzuda, 40 sualdan ibarət idi. Komandalara 1 saat vaxt verildi və hər düzgün cavab 3 balla qiymətləndirilirdi. Ən yüksək balı 186 saylı tam orta məktəb toplayaraq rayon üzrə qalib komanda oldu.
    Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olundu.
Keçidlər