Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya şöhrətli siyasətçi

01 may 2015 | 10:00
   Pirallahı rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.
   30 aprel 2015-ci il tarixdə Pirallahı rayon 186 №-li tam orta məktəbdə növbəti tədbir keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Arif Xankişiyev və məktəb müəllimləri Ulu öndərlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşərək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətlərindən bəhs etdilər. “O kəslər tarixi şəxsiyyətə çevrilir ki, onlar tarix yaratmağı bacarırlar. Belə tarixi şəxsiyyətlərdən biri də Müasir Azərbaycanın banisi, xalqımızın ümummilli lideri Heyder Əlirza oğlu Əliyevdir. O, ömür boyu Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağa, inkişaf etdirməyə, möhkəmləndirməyə, yenidən hansısa bir dövlətin əsarəti altına düşməməsinə çalışmışdır. Ulu öndərimiz atdığı hər addımda bizi yaradan tanrıya və xalqına arxalanmışdır. “Mən xalqıma arxalanıram. Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram. Son damla qanıma qədər xalqımla birəm. Xalqla bir olub bütün bu təxribatların qarşısını alacağıq.”
   Tədbirdə çıxış edən şagirdlər də söylədikləri şeirlərlə, ifa etdikləri musiqilərlə və nümayiş etdirdikləri rəqs və səhnəciklərlə ümummilli lider Heydər Əliyevə olan sevgilərini bir daha göstərmiş oldular.
   Tədbirdə iştirak edənləri dinlədikcə bir daha anlaşılırdı ki, Heydər Əliyev xalqımızın xatirəsində daim yaşayacaqdır.
Keçidlər