Faşizm üzərində tarixi qələbənin 70-ci ildönümü Pirallahı rayonunda qeyd olundu
05 may 2015 | 10:00
4 may 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində alman faşizmi üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş Böyük vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranları ilə görüş keçirildi.
Tədbiri Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov açaraq Böyük Vətən Müharibəsinin iştirakçılarını faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından təbrik etdi, onlara dərin ehtiramını bildirdi. Qeyd etdi ki, 1941-1945-ci illərdə Azərbaycanın 600 minədək mərd oğlu və qızı qanlı müharibəyə yollanmış, onlardan 350 minə yaxını qələbə uğrunda canlarından keçərək qəhrəmancasına həlak olmuşlar. “Azərbaycanın üç min ildən artıq dövrü əhatə edən dövlətçilik tarixində adları fəxrlə çəkilən görkəmli şəxsiyyətləri, mərd oğulları çox olmuşdur. Sovet hakimiyyəti illərində yeridilən ayrı-seçkilik siyasətinə baxmayaraq, öz bacarığı, savadı və qətiyyəti sayəsində yüksək zabit, hətta general rütbəsinə yüksəlmiş, Sovet İttifaqı Qəhrəmanı adı almış Azərbaycanın qeyrətli oğulları da belə şəxsiyyətlərdəndir. Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Qafur Məmmədovun və digər qəhrəmanlarımızın şanlı həyat və döyüş yolu gələcək gənc nəsil üçün parlaq bir örnəkdir. Bu görkəmli şəxsiyyətlərin bir çoxları haqqında kitablar və məqalələr, bədii əsərlər yazılmış, filmlər çəkilmişdir”.
Tədbirdə çıxış edən Böyük Vətən müharibəsi veteranları müharibə ilə bağlı təəssüratlarından, azərbaycanlıların döyüş meydanlarında göstərdikləri şücaətdən danışdılar, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Pirallahı rayonu İcra Hakimiyyəti tərəfindən Böyük vətən müharibəsi iştirakçılarına və arxa cəbhə veteranlarına ərzaq bağlaması şəklində maddi yardım göstərilmişdir. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən veteranlar evlərində ziyarət olunmuşlar.