Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu mövzusunda növbəti açıq dərs keçirildi

06 may 2015 | 10:00
   05 may 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 11-ci sinifdə təhsil alan şagirdlər üçün “Ulu öndər Heydər Əliyevin 1993-cü ildə dövlət quruculuğu” mövzusunda açıq dərs keçirildi. Keçirilən tədbirdə  Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin üzvləri, 168, 235, 231, 131, 186, 243 №-li məktəblərin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
  235 və 168 №-li tam orta məktəblərin tarix müəllimləri Təranə Əliyeva və Səkinə Sadıxova ümummilli lider Heydər Əliyevin mənalı həyatı və genişmiqyaslı siyasi fəaliyyəti barədə məktəblilər qarşısında çıxış etdilər. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilib. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.  Azərbaycançılıq məfkurəsinin yaradıcısı kimi ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına nail olması vurğulandı.
    Artıq dövlət müstəqilliyinin bərpasının 24-cü ilini yaşayan Azərbaycanın bu dövrdə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və digər tarixi nailiyyətlər silsiləsi məhz ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışından başlanır.
  Diqqətə çatdırıldı ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan Respublikasının sükanı etibarlı əllərdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir.
   Tədbirin sonunda mövzuya aid xüsusi hazırlanmış foto, videomateriallar şagirdlərə nümayiş olundu.
Keçidlər