“I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirildi
07 may 2015 | 10:00
6 may 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin birgə təşkilatçılığı ilə Pirallahı Rayon İcra Hakimiyyətində “I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirildi. Tədbirdə adıçəkilən qurumlarla bərabər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, Rayon Təxirəsalınmaz Təcili tibbi Yardım Stansiyasının, Rayon Polis İdarəsinin əməkdaşları və Pirallahı rayonunda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Tədbiri açıq elan edən Pirallahı RİHB-nın müavini Vəzir Səfixanov keçirilən müşavirənin əhəmiyyətindən danışdı. V.Səfixanov bildirdi ki, bu gün dünyada həm də idman məkanı kimi tanınan, idmana, olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi seçən Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Qeyd edildi ki, I Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, Azərbaycanda bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə hər yerdə olduğu kimi Pirallahı rayonunda da genişmiqyaslı tədbirlər görülür. I Avropa Oyunlarına hazırlıq çərçivəsində rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verildi. Bildirildi ki, I Avropa Oyunlarına hazırlıq çərçivəsində rayonda, o cümlədən, qəsəbələrdə geniş abadlıq və quruculuq işləri aparılır.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev videogörüntülər əsasında “Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verdi.
Daha sonra çıxış edənlər Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr barədə danışdılar.