Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə veteranlarına dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir

08 may 2015 | 10:00
   06 may 2015-ci il tarixdə Pirallahı rayonunda yerləşən  N saylı  hərbi hissədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə və faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Pirallahı rayon Ağsaqqallar şurasının üzvləri, hərbi hissənin zabit və əsgər heyəti iştirak edirdi.
   Tədbiri N saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini Elçin Kərəmov açaraq bildirdi ki, Ulu Öndərin Azərbaycan tarixində rolu və yeri əvəzsizdir, danılmazdır. Dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışdı. Sonra söz Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Hüseynova verildi. O Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdırdı.
   Görüşdə həmçinin çıxış edən Ağsaqqallar Şurasının üzvləri Ulu Öndərin həyat və fəaliyyətindən danışdılar. Həmçinin  veteranların Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu və bundan məmnunluqlarını bildirdilər. Onlar veteranların qəhrəmanlıqlarının xalqımız və dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyini vurğuladılar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirdilər.
  Həmçinin Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün dünyada Azərbaycan gəncinə açdığı qapılardan və bu siyasətin ilk addımları atılan zaman bunun canlı şahidi olmuş insanların öz xatirələrini bölüşməsi də tədbirdə böyük marağa səbəb oldu.
   Qeyd edək ki, 2 fevral 2015-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Respublikasından olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, 8 may 2015-ci il tarixdə üç rayon sakini Qeorqiy Smetanin, Mariya Kraynova, Anna Sergyunova medalla təltif olunmuşlar.
Keçidlər