Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində tarixi qələbənin 70-ci ildönümü münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilir

08 may 2015 | 10:00
   Növbəti tədbir 8 may 2015-ci il tarixdə Pirallahı Rayon Polis Şöbəsində keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyət, Böyük Vətən müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
  Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Samir Quliyev qonaqları salamlayaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev həmişə müharibə veteranlarına, onların ailə üzvlərinə diqqət və qayğı göstərirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
   Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Hüseynov qeyd etdi ki, Azərbaycan faşizm üzərində tarixi Qələbənin əldə edilməsinə böyük töhfələr verib. Bu şanlı zəfərin əldə olunmasında xüsusi payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığı, onların təxminən yarısının döyüşlərdə həlak olduğu vurğulandı. O, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini diqqətə çatdırıldı. N.Hüseynov bildirdi ki, faşizmə qarşı mübarizədə xalqımız döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişdir. Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.
  Digər çıxış edənlər də faşizm üzərində qələbədə Azərbaycanın rolunu, qəhrəman oğul və qızlarımızın böyük rəşadətlərini, Azərbaycan neftinin əhəmiyyətini vurğuladılar.
    Tədbirdə müharibə veteranları çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
   Qələbənin 70 illik yubileyi münasibətilə Pirallahı rayonu Gürgən qəsəbəsində yasayan veteran Hasan Ismayilova Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsi tərəfindən ərzaq yardımı verildi.
Keçidlər