Şuşasız 23 il
11 may 2015 | 10:00
289 kvadrat kilometr ərazisi, 24.900 əhalisi, tarixi abidələri, tarixi şəxsiyyətləri, Azərbaycanın musiqi beşiyi - Şuşa şəhəri 08 may 1992-ci ildə ermənilər tərəfindən işğal edildi. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.
Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
08 may 2015-ci il tarixdə Bakı şəhəri, 186 №-li tam orta məktəbdə Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi, tarixi şəxsiyyətlər, incəsənət, mədəniyyət, ədəbiyyat nümayəndələrini yetişdirən qədim Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 23–cü ildönümü ilə bağlı “Şuşasız 23 il” mövzusunda tədbir keçildi.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ probleminin həlli istiqamətində apardığı qətiyyətli siyasət, tutduğu prinspial mövqe sayəsində təkcə Şuşa şəhəri deyil, digər işğal altında olan torpaqlar da qısa müddətdə azad ediləcək və öz torpaqlarından didərgin düşən məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Yaqub Hüseynov çıxışında Şuşanın işğaldan əvvarəlki tarixini və işğal zamanı Şuşaya, Şuşa mədəniyyətinə, incəsənətinə və bütövlükdə Azərbaycana vurulan ağır zərbədən danışaraq , bir daha şagirdləri məlumatlandırdı.
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı və Şuşa şəhəri haqqında videoçarx nümayiş etdirildi.